AZ

Məşhur müğənni “cəhənnəmi gördüyünü” iddia etdi

Ajans.az xəbər verir ki,bu barədə Daily Mirror nəşri məlumat yayıb. 57 yaşlı sənətçi anesteziyadan ayılarkən ürək tutması keçirdiyini və həmin anda dəhşətli bir mənzərə ilə qarşılaşdığını deyib. “Dəhşətli idi, bunu çox aydın xatırlayıram: hər tərəf torpaqla örtülmüşdü, qorxu filmlərindəki kimi yerdən çıxan başlar ağlayırdı”, – deyə Muñoz bildirib. O qeyd edib ki, hadisə 2019-cu ildə döş böyütmə əməliyyatı zamanı baş verib və həkimlər onu həyata qaytarmaq üçün uzun müddət çalışıblar. Bir müddət reabilitasiya keçən müğənniyə həkimlər siqareti azaldmaq və sağlam həyat tərzi sürmək barədə ciddi xəbərdarlıq ediblər. Pati Muñozun sözlərinə görə, bu hadisə onun həyatını və vərdişlərini yenidən dəyərləndirməsinə səbəb olub.

 

Seçilən
49
Ajans.az

1Mənbələr