AZ

Salyanda Mercedes aşdı: sürücü öldü

ain.az bildirir, Lent az portalına istinadən.

Salyanda baş verən qəzada bir nəfər ölüb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobili idarə edən Bakı sakini, 34 yaşlı Cəfərov Asif Rafiq oğlu idarəetməni itirərək yoldan çıxıb və nəticədə, avtomobil aşıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
5
lent.az

8Mənbələr