AZ

Azərbaycan idmançıları bu gün İslam Oyunlarında 5 növdə çıxış edəcək

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün 5 idman növündə çıxış edəcəklər.

Modern.az xəbər verir ki, idmançılarımız cüdo (qarışıq komanda), üzgüçülük, ağırlıqqaldırma, stolüstü tennis və boksda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Seçilən
35
16
modern.az

10Mənbələr