Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində keçmiş prezidentlər Robert Köçəryan(RK) və Serj Sərkisyanın(SS) son açıqlamalarına münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" məlumat yayıb.
” 1. RK və SS-nin son günlər bəyanatları bir daha təsdiq edir ki, Qarabağ məsələsi Ermənistan Respublikasını “ən yaxın ağac”a bağlamaq üçün məlum qüvvələrin əlində olub.
2. Bütün danışıqlar prosesləri və təkliflər "ipin qısaldılması" ilə bağlı olub. İlin sonuna qədər Qarabağla bağlı bütün danışıqların sənədləri dərc olunacaq və bu, daha qabarıq görünəcək.
3. “Müharibənin dayandırılması” ilə bağlı bütün təkliflər "ipin qısaldılması" ilə bağlı olub (mən bu mövzuya dəfələrlə müraciət etmişəm).
4. Bu "ipin" qısaldılması prosesinin son məqsədi erməni dövlətçiliyinə son qoymaq idi.
5. Həmin ssenaridə Qarabağ münaqişəsi yalnız Ermənistanın dövlətçiliyinin itirilməsi ilə bitməli idi.
6. Ermənistan Respublikası hərbçilərimizin canı bahasına və Ermənistan Respublikası və Qarabağdakı xalqımızın tarixi intuisiyası sayəsində həmin ssenaridən çıxa bildi.
7. RK və SS əvvəlcə “Lenin, Partiya, Qorbaçov” şüarı ilə yazılan və həyata keçirilən və çox güman ki, "KQB"-nın himayəsi altında icra edilən həmin ssenariyə qayıtmağı təklif edir.
8. Və onların imkanları açıq-aşkar sıfır olduğu üçün köhnə "KQB" adamlarının himayəsi altında “gənc Qorbaçovçular partiyası” formalaşdırmağa cəhd edilir.
9. Gözlənilən nəticə: 0+0=0.
P.S: Qarabağdan köşmüş xalqımız hökumətin dəstəyi ilə Ermənistan Respublikasında yerləşdirillməlidir. Düzdür, bu, genişmiqyaslı, mürəkkəb və resurs tutumlu proqramdır, lakin biz onu həyata keçirməyə davam edəcəyik", -deyə Paşinyan yekunlaşdırıb.
S.Laçın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.