Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.
Dünən 2009-cu il təvəllüdlü E. Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib, yarası tikilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
AzEdu.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.