AZ

Razılığa gəlindi, ABŞ-da şatdaun sonlandırılır - KİV

ABŞ Konqresinin Senatında respublikaçılar və demokratlar federal hökumətin hazırda qismən dayandırılmış fəaliyyətinin (şatdaun) bərpasını nəzərdə tutan qanun layihəsi üzrə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə "Politico" və "Fox News" Konqresdəki mənbələrinə istinadən məlumat yayıblar.

Sənədlə bağlı səsvermə bu gün keçiriləcək.

Senatorlar hökumətin maliyyələşdirilməsinin bərpası ilə bağlı daha əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş qanun layihəsini əsas götürməyə razıdırlar.

Seçilən
31
publika.az

1Mənbələr