AZ

Bağırov ümidli, Dambrauskas narazı

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Sabah” Premyer Lİqada növbəti qələbəsini qazanıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Qəbələdə “Kəpəz”dən üstün olub – 3:1.

Matç qonaqların üstünlüyü ilə keçib. “Kəpəz” bəzi məqamlarda top saxlamağa çalışsa da, hücumlar kəsərsiz alınırdı. Hücum xəttində keyfiyyət çatışmazlığı komandada əsas problemlərdəndir. Ümumiyyətlə, “Kəpəz”in güclənməyə ehtiyacı var, əks halda bu komandanın potensialı liqada qalmağa imkan verməyə bilər. Xüsusilə cinahlardan axsayan gəncəlilərə bu mövqe üçün oyunçu lazımdır.

“Sabah” isə inamlı qələbə qazanmasına baxmayaraq, baş məşqçi Dambrauskas narazıdır. Oyunçularının fərdi səhvlərini qəbul etməyən mütəxəssis matçdan sonra mətbuat konfransında da narazılığını bildirdi. Əsas hədəfdə isə Kahim Parris idi. Vinger ikinci hissədə oyuna daxil olduqdan sonra ardıcıl səhvlərə yol verdi və nəticədə Dambrauskas onu Xəyal Əliyevlə əvəzlədi. Əliyev isə qısa müddətdə hücuma hərəkətlilik gətirdi.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə məğlubiyyətə baxmayaraq ümidlidir. Oyunsonrası konfransda daha yaxşı olacaqlarını, toparlanacaqlarını bildirən mütəxəssis autsayderlər qrupundakı digər komandaların xal itirməsi ilə fərqin böyüməməsinə bir növ sevinir. Lakin gedişat yaxşı deyil. “Qəbələ” yaxşı futbol sərgiləyir, “Karvan-Yevlax” son dəqiqələrdə buraxılan qollarla uduzur. Oyun baxımından axsayan “Kəpəz” isə hələlik rəqiblərinə müqavimət göstərə bilmir.

“Sabah” qələbə sayəsində xallarını 21-ə çatdırdı. Lider “Qarabağ”la bir oyunu ehtiyatda olan “bayquşlar” turnir cədvəlində 3-cüdür. “Qarabağ”dan 2 xal geri qalan “Sabah” “Turan Tovuz”dan da bir xal geridədir.

Autsayderlər qrupunda isə fərq nə azalır, nə artır. “Kəpəz”, “Karvan-Yevlax” və “Qəbələ” məğlubiyyətləri sıralamaqdadır. 3 xalı olan gəncəlilər rəqiblərindən 2 xal geri qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
futbolpress.az

1Mənbələr