AZ

Zelenski: Rusiya Ukrayna müharibəsi bitməmiş Avropada ikinci cəbhə aça bilər

BAKI, 10 noyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya Ukraynaya qarşı müharibə bitməmiş də başqa bir Avropa ölkəsinə qarşı təcavüzə başlaya bilər.

Teleqraf xəbər verir ki, o, bu barədə “The Guardian” nəşrinə müsahibəsində bildirib.

"Mən belə düşünürəm. O, bunu edə bilər. Putinin əvvəlcə Ukraynanı işğal etmək istədiyi, sonra başqa yerə gedə biləcəyi ilə bağlı ümumi Avropa skeptisizmini unutmaq lazımdır. O, eyni anda hər iki şeyi edə bilər", - Zelenski bildirib.

Prezident qeyd edib ki, Kreml “Avropaya qarşı hibrid müharibəsi” aparır və NATO-nun qırmızı xətlərini sınaqdan keçirir.

"Putin real uğur baxımından ümidsiz vəziyyətdədir. Onun üçün bu, daha çox durğunluğa bənzəyir. Ona görə də bu uğursuzluqlar onu başqa ərazilər axtarmağa vadar edə bilər. Bizim üçün çox çətindir, lakin biz evdəyik və özümüzü müdafiə edirik", - Zelenski vurğulayıb.

Seçilən
111
10
teleqraf.com

10Mənbələr