AZ

“Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi” - Emreli

style='margin-bottom:10px;'>

“İki aylıq fasilədən sonra yenidən meydanda olmaq inanılmaz bir hiss idi. Təəssüf ki, bu, uzun çəkmədi.
Zədə səbəbindən oyunu yarımçıq tərk etməli oldum və bu, təbii ki, çox ağrılı idi”.

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli özünün İnstaqram hesabında yazıb.

Mahir Emreli klubu “Kayzerslautern”in heyəyində Almaniya 2-ci Bundesliqasının 12-ci turunda "Herta" ilə görüşün iştirakçısı olub.

Son 9 turda oynamayan Emreli 63-cü dəqiqədə meydana çıxsa da, 77-ci dəqiqədə zədələnərək əvəzlənib. O, meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib. Zədələndiyi üçün 28 yaşlı futbolçu millinin qarşıdan gələn İslandiya və Fransa ilə oyunlarına çağırılmayıb.

M.Emreli paylaşımında daha sonra yazıb:

“Son həftələr mənim üçün heç də asan keçməyib. Əvvəlcə az oyun təcrübəsi, sonra xəstəlik, bir həftə əvvəl isə böyük qardaşımı (dayıoğlumu) çox ağır və faciəli şəkildə itirdim.

Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi. Təəssüf ki, hər şey başqa cür alındı. Bəlkə də buna görə göz yaşlarımı saxlaya bilmədim. Elə bil içimdə hər şey yığılmışdı.

Sabah (bu gün - red.) həkim müayinələrindən sonra nə qədər müddət oynaya bilməyəcəyimi dəqiq biləcəyəm. Bütün bunlara baxmayaraq, nikbinliyimi qoruyuram və tezliklə yenidən meydanda olacağıma ümid edirəm. Nə inamımı, nə də motivasiyamı itirirəm”.

Seçilən
87
2
teleqraf.com

3Mənbələr