AZ

İsveçrəli hücumçu "Sabah"a qarşı oynaya bilməyəcək

"Şamaxı" Premyer Liqanın 12-ci turunda səfərdə "Sabah"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi görüşə ciddi itki ilə çıxacaq.

Komandanın hücumçusu Kərim Rossi cəzalı durumdadır. İsveçrəli forvard 11-ci turun "İmişli" ilə matçında mövsüm ərzində 4-cü sarı vərəqəni alıb.

Qarşılaşma 23 noyabr tarixində "Bank Respublika Arena"da keçiriləcək.

Kərim Rossi bu mövsüm "Şamaxı"nın heyətində meydana çıxdığı 12 rəsmi matçda 3 qol vurub.

Seçilən
35
sportinfo.az

1Mənbələr