AZ

“Barselona”dan əzmkar qələbə

İspaniya La Liqasının 2025/2026 mövsümünün XII turu çərçivəsində “Selta” və “Barselona” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüş Viqoda yerləşən “Abanka Balaidos” stadionunda baş tutub. 

Matç “Barselona”nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya təmsilçisinin hücumçusu Robert Levandovski 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Cəmi bir dəqiqə sonra “Selta”nın müdafiəçisi Serxio Karreyra tarazlığı bərpa edib. 37-ci dəqiqədə Levandovski Markus Raşfordun ötürməsini dəqiq tamamlayaraq dublunu rəsmiləşdirib.

43-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Borxa İqlesias hesabı yenidən bərabərləşdirib. İlk hissəyə əlavə olunan vaxtda – 45+4-cü dəqiqədə Ləmin Yamal “Barselona”nı irəli çıxarıb. 73-cü dəqiqədə isə Levandovski Raşfordun daha bir ötürməsindən sonra het-trikini rəsmiləşdirib.

Bu qələbədən sonra “Barselona” 28 xalla La Liqanın ikinci pilləsinə yüksəlib və lider “Real”la xal fərqini 3-ə endirib. “Selta” isə 13 xalla turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.

Seçilən
93
90deqiqe.az

1Mənbələr