AZ

Ukraynada HƏYƏCAN - Rusiya ballistik raketlərlə HÜCUMA KEÇDİ

Bazar günü axşam saatlarında Kiyev və Ukraynanın bir sıra bölgələrində hava həyəcanı elan edilib. Həyəcan siqnalının səbəbi ballistik raket təhlükəsi olub.

Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Kiyev Şəhər Hərbi Administrasiyasının “Telegram” kanalına istinadən məlumat verib.

“Ballistik raket təhlükəsi səbəbindən Kiyevdə hava həyəcanı elan olunub. Dərhal ən yaxın sığınacaqlara keçin və təhlükə bitənə qədər orada qalın”, – məlumatda bildirilib.

Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələri şimal-şərq istiqamətindən təhlükənin olduğunu və daha sonra Sumı vilayətində yüksək sürətli obyektlərin aşkarlanmasını qeyd edib.

Saat 23:12-yə olan məlumata görə, hava həyəcanı siqnalı davam edir. Siqnal Kiyev, Jitomir, Vinitsa, Çerkas, Çerniqov, Sumı, Kirovoqrad, Poltava, Xarkov, Dnipro, Zaporojye və Donetsk bölgələrində aktivdir.

В

Musavat.com

Seçilən
45
50
musavat.com

10Mənbələr