AZ

“Hələ utanmırsız?” – AYB-də jurnalist sualına aqressiv cavab

“AMEA müqəddəs elm ocağıdır, 80 illik yubileyidir. Hamı bu ocağa müqəddəs gözüylə baxmalıdır”- 3 milyon mənimsəmə faktını müqəddəsliklə ört-basdır etməyə çalışmaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  Facebook sosial şəbəkəsində filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov paylaşım edib və məsələyə münasibət bildirib.

“”AzTV”-ni belə gözdən salmaq yaxşı davranış sayıla bilməz”- 26 milyon vəsaitin taleyi sorğulananda verilən cavablardan biri.
“Hələ utanmırsız xalq yazıçıdan soruşursuz pullar hara xərclənib? Özün ölmürsən utanmıxdan?” – AYB-də tədbir üçün ayrılan yüz minlərin xərclənməsi haqqında jurnalistin sualına aqressiya…

Bəli, sorğulamayın onları! İmkan verin xalqın son tikəsini də mənimsəsinlər, körpələrimizin, yeniyetmə və gənclərimizin, ahıllarımızın haqlarını yeyib Azərbaycan ailələrini səssizcə tələf etsinlər, dövləti böyrü üstə qoysunlar, özü də həyasızcasına vətənpərvərlik, dövlətə, rəhbərə sədaqət nəğmələri oxuya-oxuya…

Bəs bilmirsinizmi ki, beynini piy basmış o harınlar bu dünyaya haqq yemək üçün göndəriliblər?! Ona görə də ayıbdır, bir də onları sorğulamayın, həzər qılın!

İçində, çölündə edilən həyasızlıqlara dözüb sinə gərən o idarə binalarına heyranam! Allah o daşlara daş hövsələsi verib, inanın, qəzəb və hiddətdən uçardılar belələrinin başlarına və hayqırardılar ki, bəsdirin, adımızla manipulyasiya etdiniz…

Seçilən
65
nocomment.az

1Mənbələr