“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400 məhsuldar ötürmə edən ilk oyunçu olub.
Sportinfo.az xəbər verir ki, Messi bunu MLS-in 1/8 finalının üçüncü oyununda “Neşvil”ə qarşı görüşündə reallaşdırıb.
Matç ev sahibi komandanın xeyrinə 4:0 hesabı ilə başa çatdı.
Messi bir məhsuldar ötürmədən əlavə? iki qol da vurub. Messi ən çox məhsuldar ötürməni "Barselona"da edib (269).
O, Argentina millisində 60, "İnter Mayami"də 37 və PSJ-də 34 qolun vurulmasında səbəbkar olub.
"İnter Mayami" seriyada "Neşvil"ə qarşı 2:1 üstünlük yaradaraq, ¼ finala yüksəlib. Komanda növbəti turda "Sinsinnati" ilə oynayacaq.