Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
Vətən müharibəsi dövründə informasiya cəbhəsində fəaliyyət göstərən jurnalistlər həmin ağır və şərəfli günlərdə yaşadıqlarını Baku TV-yə danışıblar.
Hərbi jurnalist Fərdin İsazadə müharibənin başlanğıc anlarını belə xatırlayır:
"O vaxt cəbhədə ciddi atəşkəs pozuntusu müşahidə olunurdu. Azərbaycan Ordusu bütün cəbhə xətti boyunca əks-hücuma keçmişdi. Mən bir anlıq duruxdum, lakin dəqiqələr keçməmiş özümü toparladım və ilk sualım bu oldu: "Hara gəlmək lazımdır?" Həmin gün belə başladı".
Jurnalist Məhəmməd Türkmən isə müharibənin ilk günlərindəki həyəcanı sözlərlə ifadə etməyin qeyri-mümkün olduğunu bildirib. O, əvvəlki təcrübələrini qeyd edərək deyib:
"Əvvəldən təcrübəmiz var idi. Jurnalist olaraq Tovuz döyüşləri və Aprel döyüşlərində iştirak etmişdim. Amma bu dəfə prosesin uzun çəkəcəyi barədə məlumat var idi. İlk günlərin həyəcanını sözlərlə ifadə etmək mümkün deyil. Bu, olduqca çətin və məsuliyyətli bir prosesdir", - deyə o vurğulayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.