AZ

Tanınmış aktyor Rassel Krou arıqlamağın sirrini açıqladı

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış aktyor Rassel Krou "Nürnberq" (2025) filminin çəkilişlərini bitirdikdən sonra 25 kq arıqladığını bildirib. Bir il əvvəl onun çəkisi 126 kq olub, indi isə 101 kq-dır.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, kino ulduzu bu barədə "People"a verdiyi müsahibədə danışıb.

O, spirtli içki qəbulunu azaltdığı üçün arıqlaya bildiyini etiraf edib. Krou qeyd edib ki, əvvəllər içməyin böyük həvəskarı olub.

"İndi səbəbsiz spirtli içki içməməyə çalışıram. Əgər şam yeməyi ilə bir stəkan şərab içmək qərarına gəlsəm, bu, həqiqətən də yaxşı şərab olmalıdır", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
2
baku.ws

3Mənbələr