AZ

Tramp: ABŞ yaxın vaxtlarda gömrük rüsumları hesabına dövlət borcunu ödəməyə başlayacaq

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə yaxın vaxtlarda tətbiq olunan gömrük rüsumları sayəsində dövlət borcunu ödəməyə başlayacaq.

APA xəbər verir ki, bu barədə Tramp Truth Social hesabında paylaşım edib.“Gömrük rüsumlarına qarşı çıxan insanlar sadəcə axmaqdır. Biz trilyonlarla dollar gəlir əldə edirik və tezliklə 37 trilyon dollarlıq irihəcmli dövlət borcumuzu ödəməyə başlayacağıq,” – deyə o vurğulayıb.

Trampın sözlərinə görə, ABŞ-a hazırda rekord həcmdə investisiyalar cəlb olunur və müəssisələr ölkə üzrə sürətlə inkişaf edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
4
apa.az

5Mənbələr