Britaniyalı "McLaren" pilotu Lando Norris "Formula-1" üzrə Braziliya Qran-prisinin qalibi olub.
Bizim.Media xəbər verir ki, yarış San-Pauludakı "Interlagos" trekində baş tutub.
İtaliyalı Kimi Antonelli ("Mercedes") finişə ikinci çatıb. Pit-leyndən start götürən "Red Bull" pilotu Maks Ferstappen isə üçüncü olub.
Qeyd edək ki, Norris 390 xal toplayaraq, ümumi sıralamada liderliyini möhkəmləndirib. Onun avstraliyalı komanda yoldaşı Oskar Piastri 366 xalla ikinci, Ferstappen isə 341 xalla üçüncüdür.
Növbəti tur 21-23 noyabr tarixlərində Las-Veqasda (ABŞ) keçiriləcək.
Bizim.Media