ABŞ-də hökumətin fəaliyyətinin qismən dayandırılması (şatdaun) davam edərsə, ölkə iqtisadiyyatının bu rübdəki artım tempi iki dəfə azalacaq.
Bu barədə ABŞ maliyyə naziri Skott Bessent “ABC News” telekanalına müsahibəsində bildirib.
“Biz “şatdaun”un təsirini artıq ilk gündən hiss edirik və vəziyyət getdikcə pisləşir. Prezident Donald Trampın rəhbərliyi dövründə son iki rübdə iqtisadiyyatımız əla nəticələr göstərmişdi, lakin indi bəzi hesablamalara görə, əgər “şatdaun” davam etsə, bu rübdə iqtisadi artım iki dəfə azalacaq,” – deyə Bessent vurğulayıb.
MənbəAPA