AZ

Suriya prezidenti ABŞ generalları ilə basketbol oynadı - Video

Suriya prezidenti Əhməd Əl Şaraa ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və İŞİD-ə qarşı beynəlxalq koalisiyanın komandanı general Kevin Lambertlə basketbol oynayıb.

Musavat.com xəbər verir ki, görüntüləri Suriya xarici işlər naziri Həsən Şeybani öz “Instagram” hesabında paylaşıb. Videoda Şamda yerləşən Xalq Sarayında prezident Şaraa və Şeybaninin ABŞ generalları ilə basketbol meydançasında yarışdığı əks olunub.

Nazir paylaşımında “Çox çalış, daha çox oyna. Admiral Bred Kuper və general Kevin Lambertlə meydanda bir neçə atış” sözlərini yazıb.

Məlumata görə, Suriyanın dövlət başçısı Əhməd Əl Şaraa noyabrın 10-da Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə görüşəcək.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
75
musavat.com

1Mənbələr