“İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az “İl Giorno”ya istinadən xəbər verir ki, futbolçunun xidmətində “Liverpul” klubu maraqlıdır.Mersisayd təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
26 yaşlı futbolçu üçün 100 milyon avrodan çox təklif hazırlanıb.
Lakin Milan klubu əsas oyunçularından birini buraxmaq istəmir. Bastoninin müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir və illik maaşı təxminən 5,5 milyon avrodur.
Bastonini 2017-ci ilin avqustunda “Atalanta”dan 31 milyon avro qarşılığında “İnter”ə transfer olunub. Bu mövsümdə o, 12 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.