Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ müxtəlif bəhanələrlə Türkiyəyə F‑35 qırıclarını hələ də vermir. İslam coğrafiyasında isə yalnız İsrailin arsenalında bu superqırıcılar var — 36 ədəd.
Bakupost.az xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli yazıb.
O xatırladıb ki, BƏƏ 50, Mərakeş 32 ədəd F‑35 almaq üçün illərdir danışıqlar aparır, Səudiyyə Ərəbistanı isə maraq göstərir:
“Lakin hələlik bu qırıcılar zəngin müsəlman ölkələrinin əlində deyil. Orası da var ki, Amerika İsrailin bölgədəki dominant mövqeyini qoruyub saxlamaq üçün F-35-i islam ölkələrinə satmaq istəmir.
Ekspertlər bildirir ki, ABŞ strateji üstünlüyünü qorumaq üçün ehtiyat edir. Yəni, Vaşinqton yalnız F‑35-dən daha müasir və güclü qırıcı istehsal edib üstünlüyünü möhkəmlətdikdən sonra satışa meyllənəcək.
Nəticə? ABŞ və F‑35-lər hələ də qlobal güc balansında mühüm silah olaraq qalır — və zəngin müsəlman ölkələri bu oyun sahəsinə hələ daxil olmayıb”.
Asena,
BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.