AZ

Qəzzada Türkiyə qoşunları olmayacaq İsrail

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail Qəzza zolağında yaradılan beynəlxalq sabitləşdirmə qüvvələrində Türkiyə qoşunlarının iştirakına qarşıdır.

Axar.az xəbər verir ki, bunu İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan brifinqdə deyib.

"Fələstin anklavında beynəlxalq sabitləşdirmə qüvvələrində indi, keçmişdə və ya gələcəkdə Türkiyə qoşunları olmayacaq", - deyə o bildirib.

Qeyd edək ki, 29 sentyabrda Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzzadakı münaqişənin həllinə yönəlmiş hərtərəfli planını açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, anklavda müvəqqəti xarici idarəetmənin tətbiqini və orada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
axar.az

2Mənbələr