AZ

"Sabah" "Kəpəz"ə qalib gəldi - Premyer Liqa

Misli Premyer Liqasının XI turunda "Sabah" "Kəpəz"i məğlub edib.


Manset.az xəbər verir ki, "Zəfər turu"na təsadüf edən matçda Bakı kollektivi 3:1 hesablı qələbəyə sevinib.

Qalib komandanın qollarını Velko Simiç (22), Coy Lens Mikels (28) və İqor Nogeyra (54) vurublar. Gəncəlilərdən isə Olavale Onanuqa (45+5) fərqlənib.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb.

Seçilən
24
6
manset.az

10Mənbələr