AZ

Anadolu agentliyi: Azərbaycan Zəfər inin 5 ci ilini qeyd etdi

ain.az, Ses qazeti saytına istinadən bildirir.

Türkiyənin Anadolu Agentliyi ötən gün Bakıda təşkil olunmuş hərbi parad barədə ətraflı reporaj yayımlayıb. Ruslan Rəhimovun müəllifi olduğu, foto və videolarla yayımlanan reportajda qeyd edilir ki, möhtəşəm parad 3 ölkənin dostluğunun və qardaşlığının müşaiyəti ilə nümayiş olunub.

"Azərbaycan Qarabağ Qələbəsinin 5-ci ildönümünü hərbi paradla qeyd edib. Azərbaycan prezidenti İlham Əliyev, prezident Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif Azadlıq Meydanında keçirilən mərasimi birlikdə izləyiblər. Mərasim üç ölkənin dövlət himnlərinin səsləndirilməsi və 44 günlük müharibədə şəhid olan əsgərlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müdafiə naziri Zakir Həsənov nitq söylədi, Prezident Əliyev isə qoşunları “Salam, əsgər!” sözləri ilə salamladı və dövlət rəhbərləri təyin olunmuş ərazidən mərasimi izləyiblər."

Agentliyin reportajında bildirilir: "Azərbaycan ordusunun xüsusi əməliyyat bölmələri, dəniz piyadaları, sərhədçilər, daxili təhlükəsizlik bölmələri, Milli Təhlükəsizlik Xidmətinin dəstələri və hərbi məktəbin şagirdləri keçib. İkinci Qarabağ Müharibəsi boyu Türkiyənin dəstəyinin simvolu olaraq Prezident Mühafizəsi Mərasim Birliyinin Komando Batalyonu da paradda iştirak edib. Hər iki ölkənin əsgərləri arasında addımların harmoniyası tamaşaçıların uzun sürən alqışları ilə qarşılanıb. İkinci Qarabağ müharibəsi veteranları da böyük ruh yüksəkliyi ilə meydandan keçiblər. Mərasimdə Pakistan Silahlı Qüvvələrinin bölmələri də iştirak edib. Mərasimdə Azərbaycan ordusunun müasir tankları, zirehli texnikası, uzaqmənzilli raket kompleksləri və artilleriya qurğuları da nümayiş etdirilib."

Hərbi paradda İkinci Qarabağ müharibəsinin gedişatını dəyişdirən pilotsuz uçuş aparatları (PUA), Azərbaycanın inventarında olan Bayraktar TB2 və Akıncı PUA-ların da iştirak etdiyini yaan Agentlik belə yazır: "Xəzər dənizində Bakı sahillərində lövbər salmış hərbi gəmilər və Hərbi Hava Qüvvələrinin təyyarələri də nümayişə qoşularaq Azərbaycan bayrağının rənglərində tüstü buraxıblar. Parad çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri Bakı səmasında uçuşlar həyata keçirib. Türkiyə, Azərbaycan və Pakistan bayraqları ilə bəzədilmiş Azərbaycan helikopterləri də nümayişə qatılıb".

Reportaj Bakı küçələrində əllərində Azərbaycan və Türkiyə bayraqları tutan minlərlə insan meydanda mərasimi izləməsinin təsviri ilə yekunlaşır: "Vətəndaşlar paradı salamlayaraq “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər. Rəsmi parad diktorun yekun elanı ilə yekunlaşıb".

Reportajın linki:

https://www.aa.com.tr/tr/dunya/azerbaycan-karabag-zaferinin-5-yilini-askeri-gecit-toreniyle-kutladi/3738502

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
sesqazeti.az

1Mənbələr