AZ

Manaf Ağayev Rafiq Əliyevdən məşhurdur...

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Altı-yeddi il əvvəl oxumuşdum. Səhv etmirəmsə, jurnalist Seymur Verdizadənin sözləridir. Eynən belə yazmışdı: "Azərbaycanda oxumaq deyəndə insanların ağlına kitabdan əvvəl mikrofon gəlir".Son illər ölkədə xeyli adam elmi təşviq etməyə girişib.Demokrat.az "Yeni Sabah"a istinadən xəbər verir ki,  bu mövzuda çoxsaylı layihələr həyata keçirilir. Başındakı tüklərin sayı qədər kitab oxuyan sabiq deputat Etibar Əliyevi bu işin fədaisi saymaq olar. Amma nəticə ürəkaçan deyil. Ziyalılar kitab oxumağı təbliğ etsə də ölkədə mahnı oxuyanların sayı artır... Çox daşınıb-düşünəndən sonra bunun səbəbini tapa bildim. Uşaqlar gecə-gündüz kitabı təbliğ edən Etibar Əliyevi son vaxtlar traktor kimi işləyən Bakı metrosunda görəndə dərhal barmaqlarını dişləyirlər: "Çoxlu kitab oxuyub Etibar Əliyev kimi metroda əzilə-əzilə getməkdənsə, mahnı oxuyub Manaf Ağayev kimi beş yüz minlik maşında şellənə-şellənə gedərəm".İyirmi birinci əsrin öz tələbləri var. Gədəbəyin Ayıboğan kəndində yaşayan Xeyransa nənə internetsiz qaldığı günü ömür təqvimindən silib atır. Əsrimizin insanı yaxşı yaşamaq, yaxşı yemək, yaxşı geyinmək istəyir. Yaxşı yaşamaq üçün yaxşı pul lazımdır. Nadir istisnaları kənara qoysaq, insanlar kitab oxumaqla yaxşı pul qazana bilmirlər. Deyə bilərsinizmi, ayağı mənim başımdan qiymətli olan dünya şöhrətli alimimiz Rafiq Əliyev çox pul qazanır, yoxsa Nadir Qafarzadə?Siz əziyyət çəkməyin, bu sualın cavabını Nadir özü vermişdi. Demişdi ki, alimin də soyuducusuna baxaq, mənim də. Görək hansımızın soyuducusu doludur...İnanmıram ki, Azərbaycanda hansısa alım risk edib bu məsələdə  Nadirlə bəhsə girsin...Nadir Qafarzadənin akademikdən yaxşı yaşadığı, Manaf Ağayevin Rafiq Əliyevdən məşhur olduğu ölkədə kitabı təbliğ etmək fədakarlıq sayılır. Fədakar insanların qiymətini isə müasirləri deyil, tarix verir. Əmin olun ki, metrodakı basabasda qabırğasını sındırmayıb bu nəcib fəaliyyətlə ömrünün sonuna kimi məşğul ola bilsə, tarix Etibar Əliyevə də layiq olduğu qiyməti verəcək... Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
2
demokrat.az

3Mənbələr