AZ

Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib

Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin (ASQİB) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin deputatlarrı, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, şəhidlərimizin əziz xatirəsini yad edərək, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığını bildirib. Zemfira Ağayeva qeyd edib ki, şəhid analarına göstərilən qayğı və ehtiram dövlət və cəmiyyət üçün başlıca prioritetdir. O, bu istiqamətdə ASQİB tərəfindən “Kəlağayı” layihəsinin icra olunduğunu xatırladıb.

ASQİB -İn həmsədri, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova qeyd edib ki, bu gün Zəfərimizin 5 illiyini qürurla qeyd edirik. Bu qələbə xalqımızın birliyi, ordumuzun şücaəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində əldə olunub. Qarabağın azad olunmasında qəhrəman döyüşçülərimiz misilsiz igidlik nümayiş etdiriblər. Biz bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Milli Məclisin deputatları Ceyhun Məmmədov və İlham Məmmədov ölkəmizin qazandığı zəfərin təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə olduğunu bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

Seçilən
32
sia.az

1Mənbələr