AZ

Noyer Bayern in seriyasının qırılmasında günahını etiraf etdi

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bayern Münhen"in qapıçısı Manuel Noyer "Union Berlin"lə 2:2 hesablı heç-heçə etdikləri  görüşlə bağlı fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, təcrübəli qolkiper xal itkisində günahının olduğunu etiraf edib.

"Goal" Noyerin dediklərini belə çatdırıb:

"Birinci qolla səhv qərar verdim. İkinci qolda isə ümumiyyətlə sayıqlığı itirdik. Bu rəqibə qarşı çətin idi, xüsusən də çərşənbə günü ÇL matçından sonra. Amma inanırıq ki, tezliklə qalibiyyət yoluna qayıdacağıq. Ümumilikdə, yaxşı həftəsonu oldu: bir xal yığdıq, rəqiblərimiz isə bunu etmədi. İndi biz altı xal irəlidəyik".

Qeyd edək ki, "Bayern" bu mövsüm ilk dəfə qələbə qazana bilməyib. Buna qədər Münhen komandası bütün yarışlarda keçirdiyi 16 oyunun hamısında qalib gəlmişdi.

Mirağa 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
fanat.az

2Mənbələr