AZ

MPL: “Sabah” “Kəpəz”ə qalib gəldi

Misli Premyer Liqasının “Zəfər turu” - 11-ci turunda “Kəpəz” “Sabah”la üz-üzə gəlib.

İki sahil”in məlumatına görə, oyunun 22-ci dəqiqəsində Velko Simiç hesabı açıb. 28-ci dəqiqədə isə Coy-Lens Mikesl bakılıların üstünlüyünü iki topa yüksəldib - 0-2.

Yarışın 45+5-ci dəqiqəsində Olavale Onanuqa buraxılan qollardan birinin əvəzini çıxsa da 54-cü dəqiqədə İqor Noqeyra “bəyquşlar”ın üstünlüyünü yenidən iki topa çatdırıb - 1-3.

Xatırladaq ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Misli Premyer Liqası,

11-ci tur “Zəfər turu”

9 noyabr (bazar)

15:44. “Kəpəz” 1-3 “Sabah”

Qollar: Velko Simiç, 22 (0-1), Coy-Lens Mikesl, 28 (0-2), Olavale Onanuqa, 45+5 (1-2), İqor Noqeyra, 54 (1-3)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov

VAR: Kamal Umudlu

AVAR: Müslüm Əliyev

Qəbələ şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
85
4
ikisahil.az

10Mənbələr