AZ

Mahir Emreli nəhayət ki, “Kayzerslautern”də meydanaçıxdı

Almaniyada 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” evdə “Herta”ya (Berlin) 0:1 uduzub.

Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub.

Qeyd edək ki, bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu idi. O, 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib. “Kayzerslautern” hazırda 20 xalla 7-ci yerdədir.

Seçilən
9
8
redaktor.az

10Mənbələr