Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında görüşün nə vaxt baş tutacağını hələlik heç kim deyə bilməz.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Ukraynadakı münaqişəyə necə son qoymaq barədə razılığa gəlsələr, bu görüş Budapeştdə görüş keçiriləcək.
Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Amerika lideri sülhməramlı səylərini davam etdirməyə qəti şəkildə sadiqdir:
"Zirvə görüşü, qonşuluğumuzda üç il yarımdır davam edən müharibəyə son qoyacaq bir razılaşma əldə olunarsa, baş tutacaq".