AZ

İsrailin keçmiş hərbi prokurorunu zəhərələdilər? - Həkimlər huşsuz halda aşkarladı

İstintaqa cəlb edilmiş İsrailin keçmiş baş hərbi prokuroru, ehtiyatda olan general-mayor Yifat Tomer-Yeruşalmi dərman qəbuluna görə xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə yerli dövlət televiziyası olan Kan məlumat yayıb.

Kan mənbəsinə istinad edib. Qeyd edilib ki, Tomer-Yeruşalmi üçün məhz yuxu dərmanı qəbul etdikdən sonra təcili yardım çağırmalı olublar. Təcili çağırışla gələn tibb işçiləri onu Təl-Əvivdəki İçilov Xəstəxanasına aparıblar. Məlumatda o da qeyd edilib ki, onun həyatı təhlükədə deyil.

"The Jerusalem Post" qəzeti isə yazıb ki, tibb işçiləri general-mayoru "yarı huşsuz" vəziyyətdə nəzarətə götürüblər. Xəstəxana rəsmiləri Tomer-Yeruşalminin artıq ayıldığını bildiriblər.

Hadisə onun ev dustaqlığına buraxılmasından bir neçə gün sonra baş verib.

Seçilən
38
publika.az

1Mənbələr