Hazırkı şəraitdə İran-ABŞ danışıqları mümkün deyil.
Bunu İRNA-ya müsahibəsində İran xarici işlər naziri Abbas Araqçi deyib.
Abbas Araqçi Vaşinqton tərəfindən hər hansı konstruktiv və pozitiv yanaşma görmədiklərini söyləyib: “Əgər Vaşinqton bərabər münasibətlərə və qarşılıqlı faydaya əsaslanan dialoqa hazır olduğunu nümayiş etdirərsə, İran danışıqların mümkünlüyünə baxacaq”.