AZ

Xəzər sahilində bu dəfə 71 ölü suiti tapıldı


Xəzər dənizindəki Kulalı adasının sahillərində 71 ölü suiti tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin Ekologiya Departamenti məlumat yayıb.
“Manqistau vilayətinin Ekologiya Departamentinin Laboratoriya və İstintaq Nəzarəti Şöbəsinin mütəxəssisləri Balıq Təsərrüfatı Müfəttişliyi İdarəsinin və Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Kulalı adasının sahillərində ətraf mühitin monitorinqi aparıblar. Monitorinq zamanı 71 ölü suiti aşkar edildiyi üçün dənizdən su nümunələri götürülüb”, - məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın əvvəlində Manqistau vilayətinin Tüpkaraqan rayonunda Xəzər sahilində 112 Xəzər suitisinin cəsədləri aşkar edilmişdi.
Xatırladaq ki, Xəzər suitisi yalnız Xəzər dənizində rast gəlinən endemik növdür. O, dəniz ekosisteminin sağlamlığını qiymətləndirmək üçün bioindikator kimi xidmət edir. Qazaxıstanda suiti respublikanın Qırmızı Kitabına daxil edilmişdir.
Seçilən
28
24
yeniavaz.com

10Mənbələr