AZ

Ərdoğan Bakıda sabiq Ankara polis rəisi Servet Yılmazla görüşüb

BAKI, TurkicWorld

Türkiyə Prezidentinin Ankaranın sabiq polis rəisi Servet Yılmazla səmimi söhbəti olub. Görüş Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində baş tutub.

TurkicWorld qeyd edir ki, noyabrın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlət başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Ərdoğan həmin gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda iştirak edib.

“Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük qürur mənbəyidir.”-deyə paraddakı çıxışında Türkiyə lideri bildirib.

Seçilən
62
turkic.world

1Mənbələr