AZ

İranda Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İrandakı Səfirliyi tərəfindən 08noyabr 2025-ci il tarixdə Zəfər Günü münasibətilə rəsmi qəbulkeçirilmişdir. Rəsmi qəbulda İran Parlamentinin deputatları, İranSilahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitləri, dövlətqurumlarının rəsmi şəxsləri, kütləvi informasiya vasitələrinin vəictimaiyyətin nümayəndələri, xarici ölkələrin İrandakı səfirləri,hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları,Tehranda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Azərbaycan Respublikasının İrandakı Səfirliyindən Trend-ə verilən məlumatagörə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənşəhidlərimizin xatirəsinin anılması və dövlət himnlərininsəsləndirilməsi ilə başlanan rəsmi qəbulda ölkəmizin şanlıqələbəsini, ordumuzun nailiyyətlərini və işğaldan azad olunmuşərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirənvideoçarxlar nümayiş etdirilmişdir. Tədbiri giriş sözü ilə açanAzərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnikElvin Qasımov 44 günlük Vətən Müharibəsində Azərbaycan SilahlıQüvvələrinin göstərdiyi qəhrəmanlıqlar, ələ keçirdiyi hərbiqənimətlər haqqında iştirakçılara məlumat vermişdir. Hərbi attaşe,Azərbaycan-İran dövlət sərhəddinin 132 kilometrlik hissəsinin dəişğaldan azad olunduğunu vurğulayaraq Azərbaycan RespublikasıPrezidentinin bu münasibətlə hər iki ölkə xalqlarına təbrikmesajını xatırlatmış, Ali Baş Komandanın Azərbaycan-İran sərhədinidostluq sərhədi adlandırdığını qeyd etmiş, işğaldan azad olunmuşərazilərimizdə İranla birgə hərbi təlimlərin keçirildiyini və həriki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha dagenişləndiyini bildirmişdir. Polkovnik Elvin Qasımov AzərbaycanSilahlı Qüvvələrinin zəngin döyüş təcrübəsinin bir çox ölkələrtərəfindən öyrənildiyini, ordumuzun yüksək səviyyəli idarəetmə,yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləriilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində durmağadaim hazır olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 30ilə yaxın müddətdə davam edən səylərdən və səmərəsiz danışıqlardansonra 2020-ci ildə Azərbaycanın özünümüdafiə hüququndan istifadəetməyə məcbur olduğunu və ərazi bütövlüyünü beynəlxalq hüquqa vəBMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraqbərpa etdiyini bildirmişdir. Səfir, 44 günlük Vətən Müharibəsiərzində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrikrəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinin Ordumuzungücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızınəzmini və möhkəm birliyini bütün dünyaya nümayiş etdirdiyinivurğulamışdır. Səfir Əli Əlizadə, Azərbaycanın Zəfər müharibəsindəndərhal sonra beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip üzrəsülh müqaviləsi layihəsini təqdim etdiyini və bunun nəticəsindəcari ilin avqust ayının 8-də Vaşinqtonda, Azərbaycanın vəErmənistanın xarici işlər nazirlərinin sülh müqaviləsinin mətniniparafladığını diqqətə çatdırmışdır. Səfir, Azərbaycan RespublikasıPrezidentinin birbaşa diqqət və qayğısı ilə Azərbaycanın işğaldanazad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyigenişmiqyaslı abadlıq və yenidənqurma işlərinin bir dahaAzərbaycanın regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığanail olmaq üçün göstərdiyi səylərinin və qətiyyətinin təzahürüolduğunu qeyd etmişdir.

30 ilə yaxın bir dövrdə işğal altında olmuş Azərbaycan-İransərhədinin 132 kilometrlik hissəsinin tam bərpa edilməsininAzərbaycan-İran əlaqələrinə də öz xüsusi töhfəsini verdiyinivurğulayan Əli Əlizadə, qeyd olunan ərazilərdə də ağıllı kənd vəşəhərlərin, geniş avtomobil yolları və dəmiryolunun, çoxsaylıinfrastruktur layihərinin tikintisinin, kommunikasiyabağlantılarının yaradılmasının, İranla sərhəddə yeni Ağbənd-Kəlaləkörpüsünün inşasının Azərbaycanın dost və qardaş İranlaəlaqələrinin inkişafında və əməkdaşlığının daha damöhkəmləndiriməsində qətiyyətini bir daha təsdiq etdiyini diqqətəçatdırmışdır.

Əli Əlizadə, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərinhörmət və ehtiramla yad edərək Zəfər Günü münasibətilə, eləcə də 9Noyabr - Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbriketmişdir.

Rəsmi qəbul, milli mətbəximizin təamları ilə verilən ziyafət vəAzərbaycan musiqilərin ifası ilə davam etmişdir. Qonaqlar həmçinin,Azərbaycanın Vətən Müharibəsinə və Zəfər Gününə dair təşkil olunmuşfoto sərgi ilə də tanış olmuşlar.

İranda
İranda
Seçilən
32
12
az.trend.az

10Mənbələr