AZ

İslamiada: Azərbaycan cüdoçusu finalda

Cüdo üzrə Azərbaycan millisinin üzvü Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxı Əl-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinal mərhələsində Kamerun təmsilçisi Zita Ornella Biamini məğlub edərək adını həlledici görüşə yazdırıb.

Final qarşılaşması bu gün keçiriləcək.

70 kq çəki dərəcəsində mübarizə aparan digər idmançımız Aytac Qardaşxanlı isə yarımfinalda özbəkistanlı Xurşida Razzokberdieva ilə qarşılaşıb. O, rəqibinə məğlub olub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Seçilən
59
1
fanat.az

2Mənbələr