AZ

“Azərbaycan Ordusu regionda sülh və sabitliyin qarantıdır”

Noyabrın 8-də Bakıda Azərbaycan Ordusunun Ermənistan üzərində Böyük Zəfərinin 5-ci ildönümü münasibətilə möhtəşəm hərbi parad keçirildi. Bu hərbi parad bir daha Azərbaycan dövlətinin, onun ordusunun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti ilə birgə Türkiyə Silahlı Qüvvələrinin 240, Pakistan Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib. Bu məqam, eyni zamanda, Türkiyə və Pakistan liderlərinin hərbi paradda iştirakları bir daha üç ölkənin dostluq və qardaşlığının nümayişi, sıx strateji əməkdaşlığının faktiki hərbi ittifaq formasında olduğunun göstəricisidir. Yada salaq ki, bundan əvvəl 3 liderin Laçında birgə görüşü keçirilib.

Seçilən
78
yenicag.az

1Mənbələr