AZ

Xəzər sahilində daha 71 ölü suiti tapıldı

Kulalı adasının sahillərində 70-dən çox ölü suiti aşkar edildikdən sonra ekoloqlar Xəzər dənizində su nümunələri toplayır.

Milli.Az Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Mangistau vilayətinin Ekologiya İdarəsi məlumat yayıb.

"Mangistau vilayətinin Ekologiya Departamentinin Laboratoriya və İstintaq Nəzarəti Departamentinin mütəxəssisləri Balıq Təsərrüfatı Müfəttişliyi İdarəsinin və Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Kulalı adasının sahilində ətraf mühitin monitorinqini aparıblar. Monitorinq zamanı 71 ölü suiti aşkar edildikdən sonra su nümunələri götürülüb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, noyabrın əvvəlində Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər sahilində 112 Xəzər suitisinin cəsədi aşkar edilib.

Milli.Az

Seçilən
27
24
milli.az

10Mənbələr