BAKI, 9 noyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin nüvə sınaqlarına hazırlıq barədə göstəriş verməyib, əksinə onların keçirilməsinin mümkünlüyü ilə bağlı araşdırma aparılmasını tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü vurğulayıb ki, "Əvvəlcə bunu etməyə ehtiyac olub-olmadığını anlamalıyıq. Bu, çox ciddi, əsaslı və diqqətlə düşünülmüş bir qərar olmalıdır".
O, qeyd edib ki, rusiyalı mütəxəssislər hazırda məsələni araşdırırlar.