AZ

Göyçay “Nar Festivalı”nda narın qiymətləri açıqlanıb

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Göyçayda keçirilən ənənəvi "Nar Festivalı"nda satışa çıxarılan nar məhsullarının qiymətləri açıqlanıb.

"Report"un Göyçaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Göyçay rayonun icra başçısının müavini Zivər Zeynalova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, narın qiyməti növünə və keyfiyyətinə görə dəyişir: "Narın kiloqramı minimum 3 manat, maksimum isə 10 manat arasında dəyişir. Bəziləri qiymətin baha olmasından şikayətlənirlər, amma bizim cavabımız var - bu Göyçay narıdır. Onun dadı və spesifikası tam başqadır."

Z. Zeynalova əlavə edib ki, bu il festival çərçivəsində satışa çıxarılan nar məhsullarının ümumi həcmi 10 tondan artıqdır:

"Göyçayda keçirilən festivalda 100-dən çox şirkət və on minlərlə ziyarətçi iştirak edir" - icra başçısının müavini əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
8
azpolitika.info

10Mənbələr