AZ

İslandiya və Fransa oyunları üçün heyət açıqlandı Mahir kənarda qaldı

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan milli komandası noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək iki oyun üçün heyəti açıqlayıb.

Almaniya 2-ci Bundesliqasında mübarizə aparan "Kayzerslautern”də çıxış edən Mahir Emreli heyətdə yer almayıb. 27 yaşlı hücumçu ötən gün 9 turdan sonra klubunun formasında meydana çıxsa da, zədələndiyi üçün əvəzlənib. O, meydanı göz yaşları içində tərk edib. Görünür, Mahirin zədəsi ciddidir.

Azərbaycan millisi noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığması, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Qarabağ”), Aydın Bayramov ("Zirə”), Səlahət Ağayev ("Qəbələ”), Rza Cəfərov ("Neftçi”)

Müdafiəçilər: Elvin Bədəlov ("Neftçi”), Bəhlul Mustafazadə ("Qarabağ”), Bədavi Hüseynov ("Qarabağ”), Abbas Hüseynov ("Qarabağ”), Elvin Cəfərquliyev ("Qarabağ”), Cəlal Hüseynov ("Arda”, Bolqarıstan), Anton Krivotsyuk ("Daejon Hana”, Cənubi Koreya)

Yarımmüdafiəçilər: Qismət Alıyev ("Zirə”), Rüfət Abbasov ("Şamaxı”),  Emin Mahmudov ("Neftçi”), Mustafa Əhmədzadə ("Araz-Naxçıvan”), Səbuhi Abdullazadə ("Sumqayıt”), Abdulla Xaybullayev ("Sabah”), Xəyal Əliyev ("Sabah”), Toral Bayramov ("Qarabağ”), Ceyhun Nuriyev ("Zirə”), Rüfət Abdullazadə ("Varaždin”, Xorvatiya)

Hücumçular: Anatoli Nuriyev ("Sabah”), Rüstəm Əhmədzadə ("Sumqayıt”), Renat Dadaşov ("Motor”, Polşa), Nəriman Axundzadə ("Qarabağ”), Rəhman Daşdəmirov ("Sabah”)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
21
qaynarinfo.az

10Mənbələr