Millimiz noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək iki oyun üçün heyəti açıqlayıb.
Qeyd edək ki, milli noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığması, noyabrın 16-da isə Tofiq Bəhramov adəna Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”), Səlahət Ağayev (“Qəbələ”), Rza Cəfərov (“Neftçi”)
Müdafiəçilər: Elvin Bədəlov (“Neftçi”), Bəhlul Mustafazadə (“Qarabağ”), Bədavi Hüseynov (“Qarabağ”), Abbas Hüseynov (“Qarabağ”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya)
Yarımmüdafiəçilər: Qismət Alıyev (“Zirə”), Rüfət Abbasov (“Şamaxı”), Elvin Cəfərquliyev (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Abdulla Xaybullayev (“Sabah”), Xəyal Əliyev (“Sabah”), Toral Bayramov (“Qarabağ”), Ceyhun Nuriyev (“Zirə”), Rüfət Abdullazadə (“Varaždin”, Xorvatiya)
Hücumçular: Anatoli Nuriyev (“Sabah”), Rüstəm Əhmədzadə (“Sumqayıt”), Renat Dadaşov (“Motor”, Polşa), Nəriman Axundzadə (“Qarabağ”), Rəhman Daşdəmirov (“Sabah”)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta