AZ

Abdulla Qurbani paradın aparıcılığından danışdı - “Gənclərə meydan verəndə seçim dəqiq olmalıdır”

BAKI, 9 noyabr. TELEQRAF

Ötən gün Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş möhtəşəm hərbi parad bir sıra yeniliklərlə yadda qaldı. Bunlardan biri də uzun müddət sonra hərbi paradın aparıcılığının Abdulla Qurbaniyə həvalə olunamamsı idi. Yeni aparıcı Mumtaz Xəlilzadənin şərhini isə bəyənənlər də oldu, əks fikir söylənlər də.

Teleqraf məsələ ilə bağlı Abdulla Qurbani ilə əlaqə saxlayıb.

“Gənclərə meydan vermək lazımdır. Amma gənclərə də meydan verəndə, seçim dəqiq olmalıdır. Mən birinci dəfə mikrofon qarşısına keçəndə ondan da zəif danışırdım. Açığı, səhhətimdə də problemlər var. Amma buaxmayaraq, son bir həftə ərzində neçə-neçə tədbirlərin aparıcısı olmuşam. Ümumiyyətlə, parad böyük hadisə idi, yeniliklər oldu. Yeni-yeni texnikalar nümayiş olundu. Böyük bir təntənə, möhtəşəm parad idi. Bəzən vaxt da məhdud olur, texnikalar haqda ətraflı məlumat vermək olmur. Xalqın bayram əhvalı digər məsələləri unutdururdu” – Qurbani bildirib.

Seçilən
106
10
teleqraf.com

10Mənbələr