AZ

Ukrayna: Zərbələr iki AES-in enerji təminatına təsir edib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya tərəfindən həyata keçirilən son raket hücumlarının Xmelnitski və Rovnə Atom Elektrik Stansiyalarını enerji ilə təmin edən yarımstansiyalara ziyan vurduğunu bildirib.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, hücumlar nəticəsində hər iki stansiyada elektrik istehsalı müvəqqəti olaraq azaldılıb.

“Bu, təsadüfi deyil, planlaşdırılmış zərbələr idi”, – deyə Sibiqa qeyd edib və Ukraynanın baş verənlərlə bağlı MAQATE İdarə Heyətinin təcili iclasının çağırılmasını təklif etdiyini açıqlayıb.

Ukrayna, həmçinin, Çin və Hindistan da daxil olmaqla nüvə təhlükəsizliyinə önəm verən ölkələri baş verənlərlə bağlı mövqe bildirməyə çağırıb.

MAQATE isə təsdiqləyib ki, zərbələrdən sonra Xmelnitski və Rovnə AES-lərində enerji istehsalının azaldılması proseduru tətbiq olunub. Agentlik vəziyyətin monitorinqini davam etdirdiyini açıqlayıb.

Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr