AZ

Bu ölkədə turistləri daşıyan avtobus aşdı - xəsarət alanlar var

Tailandda xarici turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, məlumat "Matchon" qəzetində dərc olunub.

Hadisə krallığın şimalında yerləşən dağlıq Lampang əyalətində baş verib. Avtobus Çianqmay şəhərindən Banqkoka doğru hərəkət edərkən aşıb. Nəticədə, nəqliyyat vasitəsində olan 38 sərnişindən 12-si yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir və onlar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtobusda əsasən ərəb ölkələrindən olan xarici turistlər olub.

Kənan
Milli.Az

Seçilən
50
1
milli.az

2Mənbələr