Hazırkı şəraitdə İran-ABŞ danışıqları mümkün deyil.
Redaktor.az-ın xəbərinə görə, bunu İRNA-ya müsahibəsində İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
Abbas Əraqçi Vaşinqton tərəfindən hər hansı konstruktiv və pozitiv yanaşma görmədiklərini söyləyib: “Əgər Vaşinqton bərabər münasibətlərə və qarşılıqlı faydaya əsaslanan dialoqa hazır olduğunu nümayiş etdirərsə, İran danışıqların mümkünlüyünə baxacaq”.