AZ

Tramp bu stadiona öz adını vermək istəyir


ABŞ Prezidenti Donald Tramp Amerika paytaxtı üçün planlaşdırılan stadiona onun adının verilməsini istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Onun mənbələrinə görə, layihə Vaşinqtonun şərqindəki Robert Kennedi stadionunun yerində tikiləcək qapalı idman arenasına aiddir.
Layihənin təxminən 3,7 milyard dollara başa gələcəyi gözlənilir. Yeni stadionun 2030-cu ildə açılacaq və Milli Futbol Liqasının “Vaşinqton Kommanders” komandasının ev stadionu olacaq.
“Bu, çox gözəl ad olardı, çünki yeni stadionun tikilməsi Prezident Trampın sayəsində mümkün olub”, - deyə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Prezident bunu istəyir və çox güman ki, baş verəcək”, - deyə o, əlavə edib.
Telekanalın məlumatına görə, artıq bu məsələ ilə bağlı “Vaşinqton Kommanders” komandasının sahiblərinin nümayəndələri ilə məsləhətləşmələr aparılır.
Seçilən
27
2
yeniavaz.com

6Mənbələr