ABŞ-ın Tennessi ştatında təkmühərrikli "Airbus Helicopter EC130T2" helikopteri qəzaya uğrayıb.
Manset.az xəbər verir ki, hadisə noyabrın 8-də Livan şəhəri yaxınlığında baş verib.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəbləri ilə bağlı təhqiqatın başladığını təsdiqləyib.
Mümkün qurbanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.