Bakı. Trend:
Filippində baş verən "Kalmaeqi" tayfunu nəticəsində ölənlərinsayı 188-dən 224-ə yüksəlib, 109 nəfər isə də itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə "GMA News" televiziya kanalıölkənin Mülki Müdafiə İdarəsinə istinadən xəbər verib.
Şiddətli yağışların şəhər küçələrini su basdığı Sebu adasında158 nəfərin öldüyü təsdiqlənib. Ölkədə ümumilikdə 526 nəfəryaralanıb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətindəqalıb.
53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.